Şamaxıda polyak memarın abidəsi qoyulacaq


Məmurlara və deputatlara bizes qadağası

KİVDF Müşahidə Şurasının növbəti iclası keçirilib

Fövqəladə hallar naziri bp-nin region üzrə prezidentini qəbul edib

ÜAK rəsmi Bakıya müraciət edib

Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyəti Lodz voyevodalığında görüşlər keçirib. Bu barədə «Xalq Cəbhəsi» qəzetinə Elxan Süleymanovun ofisindən məlumat verilib.
Konstantinuv-Lodski şəhərində keçirilən görüşdə millət vəkili Elxan Süleymanov və Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov çıxış ediblər. Elxan Süleymanov Azərbaycan-Polşa münasibətlərindən söhbət açıb, 1858-ci ildə Şamaxıda anadan olmuş polyak əsilli memar Yevgeni Skibinskinin Bakıda layihələndirdiyi binalardan danışıb. Millət vəkili memarın anadan olduğu Şamaxı şəhərində abidəsinin qoyulacağını bildirib və heykəlin maketini merə təqdim edib.
Görüşün sonunda Şamaxı ilə Konstantinuv-Lodski şəhərlərinin qardaşlaşması ilə əlaqədar niyyət protokolu imzalanıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO