Şamaxıda M.Ə. Sabir şerlərinin ikinci bədii qiraət müsabiqəsinə stat verilib

Şamaxıda  M.Ə. Sabir şerlərinin ikinci bədii qiraət müsabiqəsinə stat verilibSöz Azadlığını Müdafiqə Fondu və Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyası Şamaxıda M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş ikinci bədii qiraət müsabiqəsinə start verib. İki mərhələdə keçiriləcək müsabiqəyə M.Ə.Sabirin 150 illik yubileyi ərəfəsində yekun vurulacaq. Müsabiqənin birinci mərhələsi rayonun bütün təhsil müəssisələrində, o cümlədən orta məktəblərdə, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında, Şamaxı Humanitar Kollecində keçiriləcək. Artıq təşkilat komitəsinin üzvləri qeyd olunan təhsil ocaqlarında olaraq adıçəkilən müəssisə rəhbərləri ilə layihənin icrası ilə bağlı məsələləri müzakirə etmişlər.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, M.Ə.Sabirin yaradıcılığının tədris prosessində tətbiqinə metodiki dəstək vermək, tədris prosessində fəal şagird və tələbələri üzə çıxarmaqla həvəsləndirməkdir. Yekun mərhələdə qalibləri tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə Şamaxıda fəaliyyət göstərən elm adamlarının qatıldığı münsiflər heyəti seçəcək. İkinci dəfə keçirilən müsabiqə qaliblərinə qiymətli hədiyyələr və Fəxri fərmanlar veriləcəkdir.
Xatırladaq ki, ötən ilki müsabiqənin on nəfər qalibi olmuşdur. Onlardan iki nəfər birinci, üç nəfər ikinci, beş nəfər isə üçüncü yeri tutmuşdular.
Söz Azadlığını Müdafiqə Fondu
06/02/2012

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO