Şamaxıda M.Ə. Sabir şerlərinin bədii qiraət müsabiqəsinə yekun vurulacaq

Şamaxıda  M.Ə. Sabir şerlərinin bədii qiraət müsabiqəsinə yekun vurulacaq   Söz Azadlığını Müdafiqə Fondu və Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə fevralın 28-dən start verilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş “Bədii qiraət” müsabiqəsinə may ayının 25-də yekun vurulacaq. Şamaxı Təhsil Şöbəsinin aid olan orta məktəblərdə, habelə Şamaxı Humanitar Kollecində və Azərbaycan Müəllimlər Institututnun Şamaxı filialında müsabiqənin birinci mərhələsi artıq başa çatmışdır. Müsabiqənin rayon səviyyəsindəki yarışmaya 42 nəfər seçilib. Onlardan 36 nəfəri orta məktəblərin 5 -11 sinif şagirdləridir. Müsabiqəin ikinci mərhələsi mayın 24 də start götürəcək. Xaql artisti Tofiq İsmayılovun sədriliyi ilə təşkil edilən münsiflər heyəti iştirakçıların çıxışlarına dinləyəcək və sonda qaliblər müəyyən ediləcəkdir.
Mayın 25-də isə Sabir günləri ilə baglı keçirilən tədbirdə qaliblərin mükafatlandırılması olacaqdır.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd M.Ə.Sabir yaradıcılığının təbliği, M.Ə.Sabirin yaradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosesində fəal şagirdləri üzə çıxarmaqla həvəsləndirməkdir.

Söz Azadlığını Müdafiqə Fondu
19.05.2011

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO