Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) əməkdaşlarının səyi nəticəsində rəsədxanada yeni spektroqraf qurulub.AMEA-dan verilən məlumata görə bu spektroqrafın vasitəsilə uzaq ulduzların ətrafında naməlum planetlərin axtarışı və müşahidəsi aparılacaqdır. Qeyd edək ki, postsovet məkanında mövcud rəsədxanalar arasında bu proqram birinci olaraq ŞAR-da həyata keçirilir.