Martın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Gülrux Əlibəylinin xalq artisti Amalya Pənahovaya həsr etdiyi “Böyük İstedadın çalarları” (rus dilində) kitabının təqdimatı reallaşacaq. Bu barədə AYB-ın mətbuat xidmətindən məlumat verilib. Ədəbi ictimaiyyətin və teatr xadimlərinin iştirakı ilə təşkil olunacaq tədbirdə əsərin bədii məziyyətlərindən, ümumilikdə xalq artistinin səhnə həyatından ətraflı söz açılacaq.