AMŞ-da «Dönüşdən qurtuluşa» kitabının təqdimatı olub

Azərbaycan Mətbuat Şurasında (AMŞ) tanınmış jurnalist Fəxrəddin Ağamirzəyevin «Adiloğlu» Nəşriyyatında çapdan çıxmış «Dönüşdən qurtuluşa» kitabının təqdimat mərasimi keçirilib.

AMŞ-dən SalamNews-a verilən məlumata görə, mərasimdə ölkənin tanınmış KİV təmsilçiləri, ictimai xadimlər və media ekspertləri qatılıblar. Bildirilib ki, F.Ağamirzəyevin «Dönüşdən qurtuluşa» kitabına daxil olan materiallar Azərbaycanın eks-prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti ilə bağlıdır. Nəşrdə müəllifin əsasən həmin dövrdə H.Əliyevdən götürdüyü silsilə müsahibələr yer alıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO