Alman jurnalistlər Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə görüşüb

Alman jurnalistlər Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə görüşübBu günlərdə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Almaniyadan gəlmiş bir qrup tanınmış jurnalistin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə görüşü keçirilib. Bu barədə QMİ-dən məlumat verilib. “Redaktoin und Alltag” informasiya agentliyinin, “Neue Zürcher Zeitung” və “Berliner Zeitung” qəzetinin redaktorları və “WDR”, “Deutsche Welle” kimi tanınmış media qurumları ilə əməkdaşlıq edən bir qrup jurnalist QMİ sədrinin birinci müavini Salman Musayev, Bakı və Xəzəryanı bölgənin Yepiskopu Aleksandr, Dağ yəhudiləri icmasının başçısı Semyon İxiilov, Avropa yəhudiləri icmasının başçısı Gennadi Zelmanoviç və Bakıdakı Katolik icmasının rəhbəri Vladimir Fekete ilə görüşüb. Alman jurnalistlər Azərbaycanda mövcud dini durumla bağlı məlumatlandırıblar. Jurnalistlər əsas məqsədlərinin Almaniya mətbuatında Azərbaycan haqqında müfəssəl məlumat yaymaq olduğunu bildiriblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO