“Ağlama kağızı ” Türkiyədə nəşr edilib

"Ağlama kağızı" Türkiyədə nəşr edilibTanınmış yazıçı Səyyad Aranın “Ağlama kağızı” adlı kitabı işıq üzü görüb. Türkiyədə “Milenyum” nəşriyyatında çap olunan kitaba müəllifin “Ağlama kağızı”, “Soyuq günəş”, “Şikəst”, “Axır çərşəmbə”, “Külçə”, “Bir yaz gecəsi macərası”, “Qorxuluq”, “Yetiş Simurq quşu”, “Şeytanın qurbanı”, “Qaybullahın qarı”, “Gül qoxusu” və “Sandıqda qalan muştuluq” hekayələri yer alıb. Kitab Türkiyə türkcəsindədir. “Ağlama kağızı” hekayəsini yazıçı 37- ci il qurbanlarına və onların ata üzü görməyən uşaqlarına həsr edib. Hekayədə Eldar adlı uşağın acı taleyi öz əksini tapıb. Kitaba daxil edilən hekayələr oxucuların diqqətini cəlb edə biləcək qədər maraqlı dildə və üslubda qələmə alınıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO