İşğal altlndakı torpaqlarımıza dair üç dildə kitab buraxılıb

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “İşğal altındakı torpaqlarımızı unutmayaq” layihəsi çərçivəsində hazırladığı üç dildə ( Azərbaycan, ingilis və rus dillərində ) CD disk və kitab nəşr olunub.
Birliyin sədri Anar Xəlilovun verdiyi məlumata görə, kitabda erməni işğalçıları tərəfindən zəbt olunaraq 18 ildir işğal altında saxlanılan Azərbaycan əraziləri barəsində ətraflı məlumat yer alıb: “ Bu layihənin əsas məqsədi ondan ibarətdir ki, əslən Qarabağdan olan və yaxud Azərbaycanın digər bölgələrini təmsil edən lakin məlum hadisələrlə bağlı həmin əraziləri görmək imkanı olmayan gənclərimiz erməni işğalçılarının əsarətində Azərbaycanın necə bir zəngin sərvətinin qalması barədə ətraflı məlymat əldə etsinlər”.
Birlik sədrinin sözlərinə görə, Dağlıq Qarabağ ərazisində mövcud olmuş və işğal nəticəsində dağıdılmış tarixi abidələrimizin şəkillərindən ibarət olan divar kağızı artıq hazırlanaraq çap edilib: “Divar kağızında yer almış şəkillər iki dövrü – işğaldan əvvəl və işğaldan sonrakı dövləri əhatə edir. Hazırlanan CD diskdə də işğal altında olan rayonların ərazisi, əhalisi, tarixi, tarixi mədəniyyət abidələri, coğrafiyası, təbiəti, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti, məhşur ziyalıları və Milli qəhrəmanları barəsində məlumat verilib. Burada isə məqsəd informasiya texnologiyaları vasitəsindən istifadə etməklə ermənilərin beynəlxalq aləmdə apardıqları yalan təbliğatın qarşısını almaqla Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO