“Aktrisa ” əsəri Özbəkistanda nəşr edilib

İlqar Fəhminin “Aktrisa” psixoloji detektivi Özbəkistanın dövlət nəşriyyatı olan “Şərq” nəşriyyat-mətbəə şirkəti tərəfindən böyük tirajla çap olunub. Əsəri özbək dilinə tanınmış yazıçı və tərcüməçi Rüstəm Cabborov tərcümə edib. Kitaba adıçəkilən romandan əlavə yazıçının özbək mətbuatına verdiyi müsahibələr də daxil edilib. “Aktrisa” romanı Rüstəm Jabborov tərəfindən özbək dilinə çevrildikdən sonra, ilk olaraq 2009-cu ildə Buxarada dərc olunan “7×7” dərgisində hissələrlə çap olunaraq geniş oxucu kütləsinin marağına səbəb olmuş, “Şərq” dövlət nəşriyyatının diqqətini cəlb etmiş və Nəşriyyatın 2010-cu il planına salınmışdı. Gələn il kitabın Daşkənddə təqdimat mərasiminin keçirilməsi də planlaşdırılır. Xatırladaq ki yazıçı-tərcüməçi Rüstəm Cabborov uzun illərdir ki Azərbaycan ədəbiyyat nümunələrini özbək dilinə çevirməklə məşğul olur. Onun tərcüməsində Anarın, Afaq Məsudun, Rəşad Məcidin və başqa ünlü yazarlarımızın nəsr əsərləri Özbəkistanın müxtəlif mətbuat orqanlarında dərc olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO