AKTAM yeni layihəsini təqdim edəcək

Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” ya uyğun olaraq “Azərbaycanda elmin, təhsilin inkişafında diasporun rolu” mövzusunda təşkil etdiyi Dəyirmi Masa keçirməyi planlaşdırıb. Təşkilatdan verilən məlumata görə, tədbirdə həmçinin AKTAM təşkilatının Azərbaycan Respublikasının Təhsil Naziriliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Texniki Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Turizm İnstitutu ilə birgə həyata keçirməyə başladığı “Azərbaycan elmi diasporu” layihəsi çərçivəsində fəaliyyətə başlayan İnternet portalın təqdimatı olacaqdır. Tədbirin 3 mart 2010–cu il saat 11.00-da Azərbaycan Milli Elmlər Akademiyasınin Rəyasət Heyətində ( İstiqlaliyyət küçəsi, 10) keçirilməsi planlaşdırılıb. Tədbirə AMEA-nın rəsmiləri, elm xadimləri və KİV təmsilçiləri dəvətlidirlər.
Municipality.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO