“Mənim Ağdamda 10-12 minlik bir kitabxanam vardı. Ya yandı, ya da ermənilər oxuyur. İndi 6-7 minlik bir kitabxanam var. Elə həftə olmaz ki, xeyli kitab almayım. Xanımım soruşur ki, bu qədər kitabı neyləyirsən? Deyirəm, nəvəmə cehiz verəcəm. Gülür! Amma mən doğru deyirəm”.