Şair, dramaturq, ictimai xadim Vaqif Səmədoğluna həsr olunan “Şair və zaman” adlı kitab işıq üzü görüb. Nüşabə Babayevanın yazdığı kitab şairin Azərbaycan ədəbi, mədəni, ictimai-siyasi mühitində oynadığı rolu və yaradıcılığından bəhs edir. Türk dünyası mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətli olan kitabda Vaqif Səmədoğunun müxtəlif illərdə verdiyi müsahibələr, yazdığı məqalələrdən hissələr və digər məlumatlar yer alıb.