Şair Səməd Mənsurun xatirə lövhəsinin açılışı olacaq

Şair Səməd Mənsurun xatirə lövhəsinin açılışı olacaqTanınmış şair Səməd Mənsurun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə xatirə lövhəsi hazırlanıb və şairin Əmircan qəsəbəsindəki yaşadığı evin binasının üzərinə vurulub. Bu çərçivədə Suraxanı rayon Mədəniyyət Evində şairin həyat və yaradıcılığına həsr olunmuş bədii proqram təqdim olunacaq. Martın 1-də Mədəniyyət və Turizm Nazirliyi Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Səməd Mənsurun xatirə lövhəsinin açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, şairin xatirə lövhəsi 2008-ci ildə ölkə başçısı İlham Əliyev tanınmış şair Səməd Mənsurun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamı əsasında hazırlanıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO