“Şaiqanə yad et ” adlı yeni veb-sayt

Dekabrda görkəmli maarifçi-alim Abdulla Şaiqin evl-muzeyində ədibin vəfatının 50 illiyinə həsr olunan tədbir keçirilib.
İştirakçılara Abdulla Şaiqin “Şaiqanə yad et” adlı yeni veb-saytı (www.abdullashaiq.com) təqdim olunub.
Muzeyin direktoru Ülkər Talıbzadə saytın yaranmasında muzeyə yaxından kömək edən “İT service” MMC-nin rəhbərliyinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllim və tələbələrinə minnətdarlığını dilə gətirib. Saytın yaradılmasında əsas məqsəd A.Şaiq irsinin yayılması, onun maarifçi ideyaları, ədəbiyyat haqqında yazıları və bədii yaradıcılığının gənc nəslə çatdırılmasıdır.
Tədbirdə “İT service” MMC-nin rəhbəri Şahmar Bayramlı, ADMİU-nun müəllimi Nəzirə Əliyeva və başqaları A.Şaiq yaradıcılığının çoxşaxəliliyindən danışaraq, saytın rus və ingilis dillərində variantlarının yaradılması təklifi ilə çıxış ediblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO