“Ailə NET” Bakıda əhatə dairəsini genişləndirir

“Ailə TV” şəbəkəsinə daxil olan “Ailə NET” internet provayder şirkəti Bakı şəhərində əhatə dairəsini genişləndirir.

Şirkətin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, bir müddət əvvəl Bakıda genişzolaqlı yüksəksürətli internet qoşulmaları həyata keçirməyə başlayan şirkət, artıq Bakı şəhərinin bir sıra rayonlarında əhaliyə fiber-optik bazada genişzolaqlı yüksəksürətli internet xidmətləri təqdim edir. Aparılan işlər nəticəsində əhatə dairəsinə Nizami, Xətai, Yasamal rayonları, 1-9 mikrorayonlar daxil edilib və şirkət qısa vaxtda Bakı şəhərinin ən iri rayonlarında öz şəbəkəsini qurub.

Bundan başqa, bir neçə ay öncə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində də xidmətlərin göstərilməsinə start verən şirkət, burada da əhatə dairəsini genişləndirib. Qısa zamanda “Ailə NET” Gəncə şəhərində iki filialda yerli sakinlərə yüksəksürətli internet xidməti təqim edib. Hazırda yeni binalarda qoşulmalar həyata keçirən internet provayder, artıq Yeni Gəncə massivi, Gəncədə ən iri prospektlər olan Heydər Əliyev və Atatürk prospektlərində və Nizami və Cavadxan küçələrində genişzolaqlı internet xidməti göstərir.

Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafaqaz regionunda fiber-optik bazada genişzolaqlı, yüksəksürətli internet qoşulma həyata keçirən “Ailə NET”, 2013-cü ilin sonuna qədər Bakı şəhərinin bütün ərazilərini genişzolaqlı fiber optik internetlə təmin etmək hədəfini öz qarşısına qoyub.

Əhatə dairəsini genişləndirən “Ailə NET” abunəçilərə güzəştli tariflər də təqdim edir. 4 mbits internet qoşulmaya görə 20 AZN abunə haqı ödəyən abunəçilər, “Ailə TV” xidmətləri və “Ailə NET” xidmətlərini birlikdə seçərlərsə, bu zaman TV və İnternetə görə birlikdə sadəcə 22 AZN ödəyirlər.

“Ailə NET” –in təqdim etdiyi fiber-optik bazada genişzolaqlı yüksəksürətli internetin üstün cəhəti sürət itkisinin olmaması, ötürülən informasiyanın həcminin yüksək olması, internet qoşulmanın keyfiyyətli olmasıdır.

Paylaş

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO