ADU-da Avstriya kitabxanası açılacaq

İyunun 17-də Azərbaycan Dillər Universitetində ADU ilə Avstriya səfirliyi arasinda ADU-da Avstriya kitabxanasının açılması ilə bağlı müqavilə bağlanacaq.
Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müqaviləni ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov və Avstriyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silviya Mayer Kaybiç imzalayacaq. Açılacaq Avstriya kitabxanasının fonduna imzalanaq müqaviləyə əsasən, 3000-dək kitab, müxtəlif materiallar daxil edilib. Qeyd edək ki, universitetdə Avstriya mərkəzi fəaliyyət göstərir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO