Ağdam Çörək Muzeyinə həsr olunmuş kitab işıq üzü görüb

Ağdam Çörək Muzeyinə həsr olunmuş “Ağdam Çörək Muzeyi: dünəni, bu günü və sabahı” adlı tədqiqat kitabı nəşr olunub. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) APA-ya verilən məlumata görə, bu günlərdə işıq üzü görən kitabın müəllifi Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqlidir. Kitabda dünyada ikinci, keçmiş SSRİ məkanında birinci olan muzeyin formalaşması və fəaliyyəti dövrü faktlar əsasında təhlil edilir. Təhlillərdə muzeyin yaradıcısı olmuş şəxslərin fikir və mülahizələri də yer alıb. Kitaba dünya çörək muzeyləri və muzeyin xatirə kitabları haqqında geniş material da daxil edilib. Yazıçı Fəxri Uğurlunun redaktoru olduğu kitabın məsləhətçisi isə əməkdar mədəniyyət işçisi Çimnaz Əliyevadır. Kitaba Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid ön söz yazıb.

Qeyd edək ki, muzey açılışı 28 il əvvəl, 1983-cü ilin noyabrın 25-də keçirilib.
Kitab Söz Azadlığını Müdafiə Fondunun və AVCİYA-nın təşkilatçılığı və dəstəyi ilə nəşr olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO