ABŞ dövlət katibinin müavini “Azadlıq ” qəzetinin problemləri ilə maraqlanıb

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev ABŞ dövlət katibinin müavini Tomas Melia ilə görüşüb.

SalamNews-un məlumatına görə, ABŞ səfirliyində baş tutan görüşdə Azərbaycanda azad mətbuatın vəziyyəti, o cümlədən “Azadlıq” qəzetinin üzləşdiyi problemlər, bugünlərdə qəzetin hesabına həbs qoyulması və bununla bağlı yaranmış ciddi çətinliklər müzakirə olunub.

R.Hacıyev T.Melianın diqqətinə Azərbaycanda məhkəmələrin hakimiyyətin sifarişi ilə qərarlar çıxardığını və nəticədə yüksək məbləğli cərimələrlə üz-üzə qaldıqlarını çatdırıb.

Qonaq ABŞ-ın bütün dünyada, eləcə də Azərbaycanda azad mətbuatın mövcudluğunda maraqlı olduğunu bildirib.

Dövlət katibinin müavini “Azadlıq” kimi Azərbaycanın müstəqillik dövrünün ən böyük qəzetinin fəaliyyətinin davam etdirilməsini vacib saydığını bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO