Abdulla Şaiqin anım gecəsi

Abdulla Şaiqin anım gecəsiFevralın 24-də Yasamal rayonunda yerləşən A.Şaiq adına uşaq kitabxanasında 20-ci əsr Azərbaycan ədəbiyyat tarixində böyük yer tutan şair, nasir, dramaturq və tərcüməçi kimi şöhrət qazanmış Abdulla Şaiq Talıbzadənin anım gecəsi reallaşacaq. Gecədə A.Şaiqin nəvəsi, ev-muzeyinin aparıcı elmi işçisi Ülkər Talıbzadə, muzeyin əməkdaşları, Bakı Dövlət Universitetinin müəllimi Knyaz Aslan, Bakı kitabxanalarının direktorları, 225 saylı orta məktəbin şagirdləri, eləcə də Şuşa Mədəni Maarif Texnikumunun tələbələri iştirak edəcək. Ədəbi-bədii gecədə A.Şaiqin həyat və yaradıcılığından söhbət açılacaq, əsərlərindən nümunələr səsləndiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO