Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”i ingilis dilində

Azərbaycan şairi, filosofu və tarixçisi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri ilk dəfə ingilis dilinə tərcümə olunaraq çap edilmişdir. AzərTAc xəbər verir ki, A.Bakıxanovun farsca yazdığı və Azərbaycan tarixinə aid ilk ayrıca kitab sayılan
“Gülüstani-İrəm”i ingilis dilinə Villem Flur və Həsən Cavadi tərcümə etmişlər.
Kitab A.Bakıxanovun həyat və yaradıcılığı haqda geniş təqdimatla başlayır. “Gülüstani-İrəm”in ingilis dilinə tərcüməsi dünyada kitab satışı üzrə ən böyük on-line şəbəkə olan “Amazon”da da satılır.
Əslən Təbrizdən olan Həsən Cavadi ingilis və fars dilləri mütəxəssisidir. O, Kembric Universitetində ingilis dili üzrə doktorluq dərəcəsi almışdır. Tərcüməçilik fəaliyyəti ilə məşğul olan H.Cavadi Mirzə Fətəli Axundovun bəzi əsərlərini də ingilis dilinə çevirmişdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO