Reuters agentliyi Əhməd Nuri Rəzzaqın Tiktritdəki evində həbs edildiyini xatırladır. AP-in 38 yaşlı əməkdaşını Bağdaddakı həmkarlarına təhvil veriblər. Agentliyin nümayəndələri onun nə səbəbdən az qala üç ay həbsdə qaldığını aydınlaşdırmaq niyyətindədir. Rəzzaqın azad olunması, ABŞ hərbçilərinin üç həftə müddətində səbəbsiz saxladıqları Reuters agentliyinin teleoperatoru Əli əl-Məşhadəninin həbsxanadan buraxıldığı gündən iki gün sonra baş verib. Amerikalıların sözlərinə görə, onların İraqda mövcudluğunu qanuniləşdirən BMT mandatı təhlükə qorxusu törədən şəxslərin qeyri-müəyyən müddətə həbsinə imkan verir. Reuters agentliyinin məlumatına əsasən, amerikalılar təxminən 21 min iraqlını ittiham irəli sürmədən həbsdə saxlayır.
Mənbə: lenta.ru