Fevralın 2-də Miniatür Kitab Muzeyində amerikalı rəssamlar tərəfindən hazırlanan qeyri-adi miniatür kitab kolleksiyasının muzeyə təqdimetmə mərasimi olub. Kitab formasında olan miniatür əsərlər-fərdi incəsənət əsərləri – dekabrda ABŞ səfirliyinin Bakıda keçirdiyi 4-cü Beynəlxalq Müasir İncəsənət Biennalesi üzrə sərgidə nümayiş olunub.
Xatırladaq ki, bu əsərlər Syuzan Riis Horvits və Robert Roiş tərəfindən Bakıya gətirilib.
Mərasimdə səfirliyin müvəqqəti işlər üzrə vəkili Donald Lu və Milli Məclisin deputatı Elmira Axundova iştirak ediblər.