ABŞ-da Azərbaycan haqda kitab nəşr olunub

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu ABŞ-da ingilis dilində Azərbaycan haqda kitab nəşr etdirib. Konsulluqdan APA-ya verilən məlumata görə, nəfis tərtibatda nəşr edilmiş, 120 səhifədən ibarət olan və «Azerbaijan — Embracing the Future» (Azərbaycan — Gələcəyi Qurarkən) adlanan kitabda Azərbaycanın coğrafiyası, zəngin tarixi, mədəniyyəti və incəsənəti, güclü etnik və dini tolerantlıq ənənələri, dövlət quruluşu və xarici siyasəti, sürətli iqtisadi inkişafı, turizm potensialı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və digər maraq kəsb edən mövzular barədə geniş məlumatlar öz əksini tapıb. Bakı şəhərinin və ölkəmizin müxtəlif gözəl guşələrinin rəngarəng şəkilləri kitabın müxtəlif bölmələrini bəzəyir.
Kitabın ABŞ-da hökumət və qeyri-hökumət qurumları, biznes dairələri, elm, təhsil və mədəniyyət ocaqları, KİV-lər, eləcə də digər təşkilatlar və şəxslərə göndərilməsi nəzərdə tutulur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO