Bakı şəhərində yerləşən 23 saylı orta ümumtəhsil məktəbində “İ.A.Kırılov və S.Ə.Şirvaninin təmsilləri” adlı müsabiqə reallaşıb. Müsabiqə “Ədəbi əsərlər – yubilyarlar” layihəsi çərçivəsində Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin dəstəyi ilə keçirilib. Bu barədə Mərkəzdən məlumat verilib. ŞHK (şən və hazırcavablılar klubu) formatında keçirilən ədəbiyyat müsabiqəsində dördüncü sinif şagirdləri iştirak ediblər. Müsabiqənin proqramına tanınmış rus təmsilçisi İ.A.Kırılov və Şərqə tanınan satirik S.Ə.Şirvaninin əsərləri daxil edilib.
Müsabiqənin keçirilməsi zamanı əsərlərin səhnələşdirilməsi, musiqi ilə müşayiət olunması, seçilən kostyumlar iştirakçıların ədəbi əsərləri daha yaxşı mənimsəməsinə kömək edib.