“Nurlan” nəşriyyatında şair Gülayə Şınıxlının “Görün həsrətimin neçə yaşı var” kitabı nəşr edilib.
G. Şınıxlının oxucularla beşinci görüşü olan bu kitabda Vətənə, valideynlərə, övlada, ana təbiətə, insanlara məhəbbət öz əksini tapıb.
Qarabağ dərdini, Təbriz həsrətini, Kərkük harayını özününkü edən şairin 263 səhifədən ibarət bu kitabında 5 poeması, 134 şeiri toplanıb.
Kitabın redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıdır.