Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu peşə borcunu yerinə yetirərkən xəsarət alan, həmçinin həbsdə olan jurnalistlərə, məhkəmə prosesinə cəlb edilən jurnalist və kütləvi informasiya vasitələrinə maliyyə yardımını 2010-cu ilin iyul ayına qədər davam etdirəcək. Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu 2007-ci ildən gerçəkləşdirilən layihənin müddətini uzadaraq 22 min dollar həcmində vəsait ayırıb.
“Media forum” saytına danışan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli ayrılan vəsaitdən səkkiz ay müddətində istifadə olunacağını deyib: “Artıq yardımla bağlı ərizələr qəbul olunur”.
Fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu və Demokratik Jurnalistlər Liqasıdır.
«Media forum»