Pakistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində Norveç, Filippin səfirləri, eləcə də, Malayziya və İndoneziya səfirlərinin xanımları həlak olublar.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, həlak olan iki pilot da daxil olmaqla qəza qurbanlarının sayı 6 nəfərə çatıb.
Bundan başqa, helikopterin göyərtəsində olan Polşa və Rumıniya səfirləri xəsarət alıblar.
Trend-in əldə etdiyi məlumata görə, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da həmin helikopterdə uçmalı imiş, amma iş qrafikindəki dəyişikliyə görə helikopterə minməyib.