Pakistanda helikopter qəzası: 2 səfir həlak olub, Daşqın Şikarov isə son anda helikopterə minməkdən imtina edib

Pakistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində Norveç, Filippin səfirləri, eləcə də, Malayziya və İndoneziya səfirlərinin xanımları həlak olublar.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, həlak olan iki pilot da daxil olmaqla qəza qurbanlarının sayı 6 nəfərə çatıb.

Bundan başqa, helikopterin göyərtəsində olan Polşa və Rumıniya səfirləri xəsarət alıblar.

Trend-in əldə etdiyi məlumata görə, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da həmin helikopterdə uçmalı imiş, amma iş qrafikindəki dəyişikliyə görə helikopterə minməyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO