Həbsdə olan jurnalist Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov vəfat edib.
SalamNews-un məlumatına görə, 84 yaşlı Həbibulla Mirqədirov neçə vaxt idi xəstəlikdən əziyyət çəkirdi. O, oğlunun işi ilə bağlı evində aparılan axtarışdan bir gün keçməmiş dünyasını dəyişib.
Xatırladaq ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı R.Mirqədirov dövlətə xəyanətdə şübhəli bilinərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ötən gün isə onun atasının yaşadığı mənzildə prokurorluq axtarış aparıb.
– See more at: http://salamnews.org/az/news/read/127653#sthash.n1iIoXeC.dpuf