Rusiyanın ən tanınmış jurnalistlərindən biri -Leonid Parfyonov ölkədə televiziyanın keyfiyyətini sərt tənqid edib. Leonid Parfyonov deyib ki, Rusiya televiziyasındakı xəbər bülletenləri hakim dairələrin PR-dır.
Əməyinə görə mükafat alandan sonra çıxış edən Parfyonov bildirib ki, Rusiyanın televiziya müxbirləri artıq jurnaist deyil, dövlətə xidmət edən bürokratlardır.
O deyib ki, Rusiya əhalisinin hökumətə tənqidi yanaşan dörddə birinin mövqeyi qulaq ardına vurulur.