92 jurnalist həbsdədir

Modern.az-ın Türkiyənin “Cümhuriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Saleh Fıratın Böyük Millət Məclisi rəhbərliyinə verdiyi sualı cavablandıran Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Egemen Bağış ölkədə hələ də həbs olunan jurnalist sayının 92 olduğunu bildirib. Bağışın sözlərinə görə, həbs olunan qəzet jurnalistləri əsasən Konistitusiyanı zorla dəyişdirməyə təşəbbüs, silahlı terror təşkilatına, eləcə də silahlı PKK terror dəstəsinə üzv olmaq, hökumətə qarşı silahlı üsyana təhrik etmə, media vasitəsilə təşkilatın təbliğatını aparmaq kimi ağır cinayətlər səbəbilə həbsdə saxlanılırlar.
Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO