6 fevralda yalnız “525-ci qəzet” çap oluna bildi

6 fevralda yalnız “525-ci qəzet” çap oluna bildiFevralın 5-də “Azərbaycan” Nəşriyyatının elektrik enerjisi ilə təchizatında yaranan problem səbəbindn ölkənin aparıcı qəzetlərinin 6 fevral tarixli sayları nəşr oluna bilməyib. Enerji problemi bu nəşriyyatda çap olunanan rəsmi və müstəqil qəzetlərin 6 fevral saylarının işıq üzü görməsinə mane olub.

Modern.az xəbər verir ki, fevralın 6-da yalnız “525-ci qəzet” çap olunub. Bu nəşrin redaktoru Yusif Rzayev saytımıza bildirib ki, “525-ci qəzet” özəl mətbəədə çap olunub. Bununla belə fevralın 6-da qəzetin yayımında problem yaranıb. Hava şəraiti ilə əlaqədar bütün satış nöqtələrinə vaxtında qəzet çatdırmaq mümkün olmayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO