“31 mart soyqırımı 1918-1920-ci illər mətbuatında” kitabı “Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın müəllifi “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıdır. Kitab ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs edir. Soyqırımı tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr nəşrdə öz əksini tapıb. Kitabda əslən Maştağadan olan Seyidağa Axundzadənin 1919-cu ildə “Turan” mətbəəsində çap olunmuş “Mart hadisəsi 1918…” kitabı da ilk dəfə olaraq müasir əlifbada işıq üzü görərək kitaba daxil edilib. Qeyd edək ki, S. Axundzadənin qələmə aldığı bu kitab mart soyqırımı tarixşünaslığı üçün ilk anadilli mənbə hesab edilir.