“30 tarixi səfər” kitabının təqdimat mərasimini keçirib

Modern.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Heydər Əliyev İrsinin Araşdırma Mərkəzi “30 tarixi səfər” kitabının təqdimat mərasimini keçirib.

Mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirləri, alimlər və digər rəsmi şəxslər iştirak edib. “30 tarixi səfər” (Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəsmi və dövlət səfərləri (1993-2003) kitabına liderin müvafiq səfərləri ilə bağlı materiallar daxil edilib. Kitabın nəşrində “Heydər Əliyev İrsinin Araşdırma Mərkəzi nəşrləri” seriyasının məsləhətçisi akademik Asəf Nadirovun, kitabın elmi redaktoru AVCIYA-nın prezidenti, deputat Elxan Süleymanovun, yaradıcı qrupun rəhbəri siyasət elmləri üzrə fəlsəfə doktoru Fuad Babayevin böyük əməyi olub. Heydər Əliyevin rəsmi səfərlərinin coğrafiyası Azərbaycanın beynəlxalq siyasətində, Qərb və Mövzu ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxış və münasibətlərindən iqtibaslar, Heydər Əliyevin konkret rəsmi və dövlət səfərləri, müasir mərhələdə Azərbaycan Respublikasının xarici siyasəti ilə bağlı tarixi arayışlar, məlumat-soraq materialları, foto-söhbətlər də kitabda yer alıb.
Qeyd edək ki, “30 tarixi səfər” kitabı Azərbaycan və ingilis dillərində ayrı-ayrı cildlərdə nəşr edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO