Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün bu günə qədər 29 KİV nümayəndəsi Dairə Seçki Komissiyalarında qeydə alınıb. Bu jurnalistlər müxtəlif qəzetləri, TV-ləri təmsil edir. Modern.az saytı mediadan olan bu namizədlərin siyahısını təqdim edir:
2 saylı Şərur seçki dairəsi – “Demokratik Müsavat” qəzetinin baş redaktoru Səxavət Əliyev;
3 saylı Babək-Kəngərli-Naxşıvan – “Əlillər” qəzetinin müxbiri Mirağa Seyidov;
9 saylı Binəqədi birinci seçki dairəsi – “Millət” qəzetinin baş redaktoru Əli Orucov;
10 saylı Binəqədi üçüncü seçki dairəsi – “Azərbaycan Naminə” qəzetinin baş redaktoru Vahid Musazadə;
15 saylı Yasamal birinci seçki dairəsi – Lider TV-də “Sitatın sonu” proqramının aparıcısı Etibar Hüseynov;
16 saylı Yasamal ikinci seçki dairəsi – “Haqlı tələb” qəzetinin baş redaktoru Fəxrəddin Babayev;
17 saylı Yasamal üçüncü seçki dairəsi – “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid;
25 saylı Nizami ikinci seçki dairəsi – ANS –in aparıcısı Turan İbrahimov;
25 saylı Nizami ikinci seçki dairəsi – Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu;
30 saylı Suraxanı birinci seçki dairəsi – “Gündəlik Bakı” qəzetinin baş redaktor müavini Vazeh Mehdiyev;
31 saylı Suraxanı ikinci seçki dairəsi – “Yeni Azərbaycan” naminə qəzetinin baş redaktoru Ramazan Bağırov;
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi – “Zaman Yolu” qəzetinin redaktoru Tünzalə Məhərrəmova;
44 saylı Sumqayıt-Abşeron seçki dairəsi – “Xalq Cəbhəsi” qəetinin redaktoru Arzu Şirinova;
45 saylı Abşeron seçki dairəsi – AZTV” QSC –nin sədri Arif Alışanov;
48 saylı Yevlax seçki dairəsi – “Kür” qəzetinin müxbiri Xanim Nəsibova;
71 saylı Masallı kənd seçki dairəsi – “Ayan” qəzetinin təsisçisi Cavid Şirəliyev;
81 saylı Beyləqan seçi dairəsi – “Parelel” qəzetinin baş redaktoru Tapdıq Abbas;
85 saylı Şamaxı seçki dairəsi – “Əyalət” qəzetinin baş redaktoru Abdulməcid Məcidov ;
88 saylı Göyçay seçki dairəsi – “Azad yeni fikir” qəzetinin baş redaktoru Aqil Mahmudov;
94 saylı Bərdə kənd seçki dairəsi – Sosial İnformasiya Agentliyinin rəhbəri Taleh Şahsuvarlı;
95 saylı Tərtər seçki dairəsi – “Lider” TV-nin siyasi icmalçısı Sahib Alıyev;
96 saylı Göranboy – Naftalan seçki dairəsi – “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev;
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi – “Ekspress” qəzetinin müxbiri Aqil Aslan;
107 saylı Qazax seçki dairəsi – “Yeni Müsavat” qəzetinin müxbiri Leyla Mustafayeva;
114 saylı Şəki kənd seçki dairəsi – “Həqiqət bürcü” qəzetinin baş redaktoru Şərqiyyə Seyidova;
119 saylı Ağdam kənd seçki dairəsi – “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili;
119 saylı Ağdam kənd seçki dairəsi – “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov;
121 saylı Laçın seçki dairəsi – “Laçın” qəzetinin baş redaktrou Mayıl İlyasov;
121 saylı Laçın seçki dairəsi – “Aydın fikir” qəzetinin baş redaktoru Sübut Mehdiyev.
Modern.az