20 Yanvarda dünyanın 24-dən çox ölkəsində tədbir keçirəcək


Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi 20 Yanvarda dünyanın 24-dən çox ölkəsində tədbir keçirəcək. Bu barədə Dövlət Komitəsinin məlumatında deyilir.

Faciənin ildönümü ilə əlaqədar olaraq Rusiyanın 13 şəhərində, Almaniyanın 6 şəhərində, Kanadanın 4 şəhərində tədbirlər keçiriləcək. Strasburqda “Azərbaycan Evi”nin təşəbbüsü ilə hadisənin 20-ci ildönümünə bütöv bir radioproqram həsr olunub. 20 Yanvar faciəsi ilə bağlı tədbirlər Özbəkistanın 5 şəhərində, Qazaxıstanın 14 dairəsində keçiriləcək, Ukrayna paytaxtında kitab təqdimatı olacaq, Gürcüstanda isə elmi-praktik konfrans təşkil olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO