“20 Yanvar – qanlı və şanlı tariximiz” adlı kitab sərgisinin açılışı və “Şəhidlər.

Milli Kitabxanada “20 Yanvar – qanlı və şanlı tariximiz” adlı kitab sərgisinin açılışı və kitabxananın əməkdaşları tərəfindən tərtib edilmiş “Şəhidlər. Biblioqrafiya” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, Milli Kitabxananın direktoru Kərim Tahirov, Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov, insan haqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkili Aqil Abbas 20 yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxdığını vurğulayaraq Azərbaycan tarixini və ermənilər tərəfindən törədilən cinayətlərin gələcək nəsillərə olduğu kimi çatdırılmasının vacib olduğunu deyiblər. Tədbirin sonunda qonaqlar “20 Yanvar – qanlı və şanlı tariximiz” adlı sərgi ilə tanış olublar. Sərgidə faciəyə həsr olunmuş 200-dən artıq kitab, jurnal və qəzet materialları nümayiş etdirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO