20 Yanvar faciəsi ilə bağlı daha bir tədbiri « Gənc Vətənpərvərlər ” Birliyi keçirib

“Gənc Vətənpərvərlər ” Birliyi (GVB) 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa kecirib. Qhtxeber.az-ın verdiyi məlumata görə, 20 Yanvar faciəsinin heç vaxt unudulmayacağını deyən birliyin sədri Muğan Əliyev bildirib ki, faciənin səhəri günü Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiya əleyhinə radikal bəyanatlarla çıxış etməsi Azərbaycanda gedən müstəqillik uğrunda mübarizəyə son dərəcə ciddi müsbət təsir göstərib . Onun sözlərinə görə, bundan sonra Azərbaycanda milli –azadlıq mübarizəsi açıq xarakter daşımağa başlayıb. Birliyin sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi və hüquqi qiyməti hələ 21 noyabr 1990-cı ildə Naxcıvanın Ali Məclisində verib. Qeyd edək ki, tədbirdə 20 Yanvar əlilləri, idman federasiyaları və QHT-lərın nümayəndələri iştirak ediblər. Tədbirin sonunda iştirakçılar Şəhidlər Xiyabanını ziyarət edərək şəhidləri yad etdilər.

qhtxeber.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO