“13 ” adlı kitab

"13" adlı kitabGənc yazıçı Həsən Seyidbəylinin “13” adlı kitabı işıq üzü görmüşdür. Kitabda ikinci dünya müharibəsindən və müasir həyatdan bəhs edən, qeyri-adi üslubda yazılmış 13 əsər təqdim olunub. H.Seyidbəyli Azərbaycan Yazıçılar Birliyinin və “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının ən gənc üzvlərindəndir. Qeyd edək ki, ədəbiyyat sahəsində Prezident təqaüdçüsünün əsərləri “Мир Азербайджана”, “Литературный Азербайджан” jurnallarında dərc olunur. O, “Содружество” Respublika İctimai Birliyinin ədəbiyyat üzrə keçirdiyi müsabiqədə qalib gəlmişdir. H.Seyidbəyli kinoda da çəkilmişdir. “Əlvida cənub şəhəri” filmində yaratdığı obraza görə Gənclər və İdman Nazirliyinin “2005-ci ildə ən yaxşı aktyor işinə görə” nominasiyasının qalibi olmuşdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO