“10 sentyabr “

"10 sentyabr"Sentyabrın 15-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin “10 sentyabr” kitabının təqdimat mərasimi keçirilib. Mütərcim” nəşriyyatında çap olunan bu kitabda yer alan hekayə orijinalla birlikdə türk, ingilis, rus, macar, ukrayna, rumın, polyak, litva, özbək və gürcü dillərinə tərcümə olunub. Kitabın naşiri Əliş Mirzalı, dizayneri və redaktorları Mətanət Qaraxanlı və Vəfa Əhmədovadır. Tədbirdə çıxış edən AYB-nin I katibi, xalq şairi Fikrət Qoca Rəşad Məcidin bu hekayəsinin 11 dilə tərcümə olunmasını yüksək qiymətləndirib və müəllifi yeni kitab münasibəti ilə təbrik edib. “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babulaoğlu, AYB-nin katibi Arif Əmrahoğlu, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli da Rəşad Məcidi təbrik ediblər. Rəşad Məcid “10 sentyabr” kitabının nəşrinə görə Səlim Babaulaoğluna təşəkkürünü bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO