Özünü öldürən jurnalist məşhur satirik şair Hikmət Ziyanın oğludur

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Səbail rayonu Üzeyir Hacıbəyov küçəsi 27, mənzil 58 ünvanında yaşayan 60 yaşlı Vüsal Hikmət oğlu Əfəndiyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 41 yaşlı Gülnarə Nadir qızı Əfəndiyevanı baltalayıb. Vüsal Əfəndiyev daha sonra isə özünü 3-cü mərtəbədən ataraq intihar edib. O, aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. Hadisə yerinə gələn polis əməkdaşları Gülnarə Əfəndiyevanı yaralı vəziyyətdə aşkarlayıblar. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Vüsal Əfəndiyev jurnalist olub. 90-cı illərin əvvələrində AzTV-nin aparıcı jurnalistlərindən olan Vüsal Əfəndiyev daha çox Azərbaycan Xalq Cəbhəsinin ünvanına efirdən yağdırdığı təhqirlərə görə yadda qalıb. Jurnalist eyni zamanda o zamankı prezident Ayaz Mütəllibovun himayəsində olub və onun bütün rəsmi səfərlərində onu müşayiət edib.

Lakin o ən çox o zaman üçün populyar ictimai təşkilat olan AXC və onun rəhbərlərinin ünvanına işlətdiyi kəskin ifadələri ilə yadda qalıb. AzTV-də hazırladığı siyasi şərhlərində V.Əfəndiyev o dövrün mənzərəsinə rəy verir və milli-azadlıq hərəkatını “qondarma və təşkil olunmuş” adlandırırdı…
1992-ci ildə AXC hakimiyyətə gəldikdən sonra V.Əfəndiyev AzTV-dən işdən çıxarılıb. Lakin ona qarşı heç bir siyasi təqib təşkil edilməyib. Bundan sonra V.Əfəndiyev mətbuatdan uzaqlaşıb.

Vüsal Əfəndiyev tanınmış Azərbaycan şairi, təmsilçi Hikmət Ziyanın oğludur. Digər məlumata görə, V.Əfəndiyev sabiq deputat Nizami Xudiyevin qaynıdır.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO