Jurnalist deyir ki, narkotiki onun maşınına polis işçiləri qoyublar. Məhkəmə araşdırması zamanı məlum olub ki, Əbdürrəhmanovun maşını saxlanılarkən təlim görmüş it avtomobilə heç bir reaksiya verməyib. Jurnalistin həbsində iştirak etmiş kinoloq belə deyib. Məhkəmə tibbi-ekspertizası da jurnalistin narkotik maddə qəbul etmədiyini aydınlaşdırıb. Amma sonda ona 10 il iş kəsilib.
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi və bəzi tanınmış jurnalist təşkilatları Əbdürrəhmanovun həbsinə etirazını bildirib. Onun vəkili isə həbsi hökumətin sifarişi saydığını deyib və məhkəmə qərarından şikayət edəcəklərini bildirib. 58 yaşlı Əbdürrəhmanov «Azadlıq» və «Amerikanın səsi» radiostansiyalarının əməkdaşı olub. «Uznews.net» portalının yaradıcılarındandır.
Mənbə: lenta.ru