Müdafiə naziri Zakir Həsənov Türkiyə Respublikasına yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın dəvətilə Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə anım mərasimində iştirak etmək üçün Türkiyəyə yola düşüb.