“Zərdabi Mətbuat Mərkəzi” Şəkidə “dəyirmi masa” keçirib

“Zərdabi Mətbuat Mərkəzi” İB Şəki şəhərində “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirib.

Mərkəzdən SalamNews-a bildirilib ki, bu, İctimai Birliyinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsi çərçivəsində keçirdiyi ikinci toplantıdır.

“Dəyirmi masa”nı giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Mayis Səlimov açaraq tədbirin son dərəcə zəruri məqsəd daşıdığını qeyd edib.

Layihənin koordinatoru, “Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə mart-iyun ayları ərzində gerçəkləşdiriləcək layihənin məqsədi barədə danışıb.

Layihəyə ekspert qismində çıxış edən “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə, “Şəki” qəzetinin redaktoru Akif Salmanov, “AzərTAc”ın bölgə müxbiri Musatafa Dadaşov, “Zaqatala” qəzetinin baş redaktoru İbrahim İbrahimov və başqaları layihənin əhəmiyyətindən söz açaraq mediada ana dilinin qorunmasına yönələn təşəbbüslərə daim ehtiyacın duyulduğunu vurğulayıblar.

– See more at: http://salamnews.org/az/news/read/127847#sthash.fj81H387.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO