Yunanıstan paytaxtında hökumətin pensiya sığortası qanunvericiliyini dəyişmək niyyətinə qarşı elan olunmuş tətil çərçivəsində bu gün ictimai nəqliyyat işləməyəcək.
Afinada avtobus, trolleybus, tramvay və metro işləməyəcək. Yalnız şəhəri beynəlxalq hava limanı və şəhərətrafı ilə birləşdirən elektrik qatarları işləyəcək. Ölkədəki hava, dəniz və dəmir yolu nəqliyyatı işləyəcək.
Eyni zamanda bütün dövlət və özəl media quruluşlarının jurnalistləri 24 saatlıq tətil elan ediblər. Bu gün heç bir telekanal və ya radiostansiya xəbər buraxılışlarını verməyəcək, İnternet saytlar yenilənməyəcəklər. Həmçinin heç bir qəzet çıxmayacaq.