Telekanalın baş redaktoru Tatyana Panasyukun sözlərinə görə, Krasnodarın Yubileynı küçəsində inomarkanın uşaq arabası ilə qadını vurması haqqında məlumat gəldikdən sonra çəkiliş qrupu qəza yerinə yollanıb. Çəkilişə başlayan reportyorlar Hyundai Sonata avtomobili sərnişinlərinin çəkilişi dayandırmaq tələbinə, sonra isə fiziki təzyiqinə məruz qalıblar. Nəticədə jurnalistlər döyülmüş, kassetlə ştativ isə əllərindən alınmışdır. Münaqişə yerinə gələn «Krasnodar-plyus»un digər çəkiliş qrupu da xuliqanların təzyiqinə məruz qalıb. Panasyukun sözlərinə görə, telekanalın əməkdaşları polisə müraciət edərək hadisənin araşdırılmasını istəyiblər.
Mənbə: lenta.ru