Yeni xəbər saytı açıldı

İnformasiya saytları sırasına yeni bir sayt – qarabagxeber.com da daxil olub.Modern.az-a açıqlama verən qarabagxeber.com-un baş redaktoru Seymur Yusifov saytın fəaliyyət istiqamətindən danışdı:


“Saytımız 3-4 gündür fəaliyyətə başlayıb. Xəbər saytı açmaq fikrim var idi. Mən qarabağlıyam, Qarabağ bizim yaralı yerimizdi deyə o adı fikirləşib qoyduq. Sırf xəbər yönlü saytdır, hazırda əsas fikrimiz Qarabağ xəbərlərindən tutmuş  ümumi xəbərlərə qədər ən yeni xəbərləri yerləşdirməkdir. Gələcəkdə analitik yazılara, müsahibələrə yer verməyi düşünürük. Digər Qarabağla bağlı saytlardan fərqli olaraq burada ümumi xəbərlər, dünya xəbərləri də olacaq”.   

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO