Mətbuat Şurasında (MŞ) İnternet mediaların Azərbaycan KİV-lərində rolu və inkişafı movzusunda tədbir keçirilib.
SalamNews xəbər verir ki, tədbirdə MŞ-da yaradılmış İnternet media üzrə komisiyanın apardığı araşdırmaların nəticələri açıqlanıb.
Şuranın sədri Əflatun Amaşov bildirib ki, o vaxt klassik jurnalistlər internet medianı qəbul etmək istəmirdilər. Amma bilmirdilər ki, qəzet və jurnallarla internet xeber portallarının heç bir fərqi yoxdur. Amma yeni nəsil İnternet media ilə Azerbaycan KİV-lərində yeni səhifə açılıb.
Tədbirdə xəbər portallarının rəhbərləri iştirak edirlər.