Yeni media sərhədlər və coğrafi məkan anlayışını aradan qaldırıb

Azərbaycanda yeni media həm də yeni münasibətlər sistemini ortaya çıxarıb.”

Bunu SalamNews-a mətbuat üzrə ekspert Azər Həsrət deyib.

Onun sözlərinə görə, yeni medianın ortaya çıxması isə sərhədlər və coğrafi məkan anlayışını aradan qaldırıb. İstənilən insanın verilən informasiyaya münasibət bildirməsi şansının, eyni zamanda həmin informasiyanın tirajlanma imkanlarının olması münasibətlər sisteminin də dəyişməsinə səbəb olub. Yeni media həm də hüquqi və etik tənzimləmə sistemlərini gündəmə gətirib. Ənənəvi mediada bu tənzimləmələr vardı və onları tətbiq etmək rahat idi. Çünki, bu media orqanlarının rəhbərliyi, ünvanı bəlli idi və bir məsələ olanda zəruri ölçü götürmək olurdu. Ancaq indi ciddi çətinliklərlə rastlaşırıq və orta çıxan problemi kimin vasitəsi ilə həll edəcəyimizi müəyyənləşdirə bilmirik.

O bildirib ki, yeni media çox sürətlə inkişaf etdiyi üçün əvvəkli qanunlar bununla ayaqlaşa bilmir: “Düzdür, mövcud qanunvericilik çərçivəsində bu məsələnin tənzimlənməsinə cəhdlər edilir, ancaq qanunlarda bu sahə ilə bağlı ciddi boşluqlar olduğuna görə, bu kimi problemləri həll etmək olmur. Buna görə də Mətbuat Şurası tərkibində yeni medianın özünü tənzimləməsi ilə bağlı müzakirələr aparırıq. Düşünürük ki, qanun müstəvisindən əvvəl bu məsələni özünütənzimləmə çərçivəsində həllinə çalışaq.”

– See more at: http://salamnews.org/az/news/read/128122#sthash.2AcgCuUw.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO